Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!

Çimərliklərdə baş verən boğulma hadisələrinin böyük əksəriyyəti insan faktorundan qaynaqlanır. Avtosfer.az-ın məlumatına görə, təhlükəsizlik üzrə ekspert Orxan Musayev ajans.az-a bildirib ki, insanların etdiyi sadə səhvlər çox vaxt qarşısı alına biləcək faciələrə səbəb olur. Dəniz istirahət üçün cəlbedici məkan olsa da, gözəlliyinin arxasında ciddi təhlükələr gizlənir.
Ekspert qeyd edib ki, insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəfinin olduğunu unudurlar: “Təəssüf ki, spirtli içki qəbul edib suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də adi hal kimi qəbul edilir. Vətəndaşlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki belə ərazilərdə xilasedici heyət fəaliyyət göstərir və fövqəladə vəziyyət zamanı müdaxilə etmək mümkündür. Nəzarətsiz çimərliklərdə xilasedici xidmət olmadığı üçün hər hansı təhlükə yarananda insanın həyatını xilas etmək çox çətinləşir. Nəzarət olunan çimərliklərdə isə suyun dərinliyi müəyyən edilir, təhlükə yarada biləcək daş və qayalar təmizlənir”.
Mütəxəssis boğulma hallarının ən təhlükəli tərəfinə də diqqət çəkib. Onun sözlərinə görə, bu hadisələr çox vaxt saniyələr içində və səssiz baş verir: “İnsanlar bəzən düşünür ki, boğulan şəxs qışqıracaq, kömək istəyəcək. Amma əksər hallarda belə olmur. İnsan sadəcə suyun altında itir. Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri ilə özlərini itirə bilərlər. Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hündürlüyü mütləq nəzərə alınmalıdır
O.Musayev hesab edir ki, maarifləndirmə işləri gücləndirilməlidir. İnsanlar yalnız “dalğa var, üzmək olmaz” xəbərdarlığını deyil, dalğanın insan bədəninə təsirini, axına düşəndə nə baş verdiyini və boğulma zamanı yaranan riskləri bilməlidirlər.
Ekspert əlavə edib ki, qaydaları pozan şəxslərlə bağlı ictimai qınaqla yanaşı, inzibati tədbirlər də tətbiq olunmalıdır: “Qadağan olunmuş çimərliklərdən istifadə və ya alkoqol qəbul edib suya girmək kimi hallar təhlükə yaradır. Bu düşüncədən qurtulmalıyıq ki, “mənə heç nə olmaz”. Çünki dənizdə bir anlıq ehtiyatsızlıq həyat bahasına başa gələ bilər”.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












