Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT

Son illər Çin avtomobil markalarının Azərbaycan bazarında payının sürətlə artması avtomobil sektorunda rəqabətin yeni mərhələyə keçməsinə səbəb olub. Xüsusilə "BYD" və "Changan" kimi markaların sayının artması istehlakçıların seçim imkanlarını genişləndirməklə yanaşı,
Avtosfer.az xəbər verir ki, xüsusilə "BYD" və "Changan" kimi markaların sayının artması istehlakçıların seçim imkanlarını genişləndirməklə yanaşı, Xüsusilə "BYD" və "Changan" kimi markaların sayının artması istehlakçıların seçim imkanlarını genişləndirməklə yanaşı,ölkə avtomobil bazarında ənənəvi mühərrikli avtomobillərin istehlakının azalması yerli istehsala olan tələbat məsələsini aktuallaşdırır.Bəs Azərbaycanda avtomobil istehsalının rəqabət qabiliyyətini qorumaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda Çin avtomobil sənayesi dünya avtomobil bazarının əsas hissəsində ciddi yer tutmaqdadır:

"Çin avtomobilləri, xüsusilə elektrik və hibrid modellər, müasir tələblərə cavab verməklə yanaşı, qiymət baxımından da daha əlçatandır. Eyni zamanda, bu avtomobillər ətraf mühitin qorunması ilə bağlı müasir tələblərə cavab verdiyindən, dünya avtomobil sənayesində, o cümlədən ənənəvi avtomobil markaları arasında ciddi rəqabət yaradıb. Əlbəttə ki, Çin avtomobilləri Azərbaycanda da getdikcə daha populyarlaşır. Son üç il ərzində elektrik və hibrid avtomobillərə ƏDV-nin tətbiq olunmaması bu nəqliyyat vasitələrinin daha münasib qiymətə və əlçatan olmasına şərait yaradıb. Azərbaycan avtomobil sənayesi hazırda Çin avtomobilləri ilə rəqabət aparmaq üçün kifayət qədər güclü deyil. Bu baxımdan, ölkəmiz Çin avtomobil sənayesi ilə daha ciddi əməkdaşlıq qurmalıdır. Müəyyən istehsal sahələrinin Azərbaycanda yaradılması hesabına bu rəqabətə tab gətirmək və hətta müəyyən üstünlüklər əldə etmək mümkündür. Azərbaycanın avtomobil sənayesi yeni tələblərə uyğunlaşmalı və Çin avtomobil sənayesi ilə əməkdaşlığı genişləndirməlidir. Müasir texnologiyaların və ehtiyat hissələrinin əldə edilməsi də yerli avtomobil sənayesinin rəqabət imkanlarının artırılmasına kömək edə bilər".
Fatimə
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO












