Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ

Elektrikli nəqliyyat vasitələrinin qlobal bazarında satışların azalması müşahidə olunur. Son məlumatlara görə, satış göstəriciləri son illərin ən aşağı səviyyəsinə düşüb.
Avtosfer.az xəbər verir ki, məlumata görə, 2026-cı ilin fevral ayında qlobal elektrikli nəqliyyat vasitələri bazarında ciddi yavaşlama qeydə alınıb. “Benchmark Mineral Intelligence” (BMI) konsaltinq şirkətinin açıqladığı statistikaya əsasən, dünyada elektrikli nəqliyyat vasitələrinin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb. Ümumi satışlar 1 milyon həddindən bir qədər yüksək olsa da, qlobal bazarda artıq ardıcıl ikinci aydır azalma müşahidə olunur. Bildirilir ki, bu göstəricilər 2024-cü ildən bəri ən zəif nəticə hesab edilir.
Bazarın əsas hərəkətverici qüvvələrindən biri olan Çində də vəziyyətin çətinləşdiyi qeyd olunur. Fevral ayında batareya ilə işləyən elektrikli avtomobillər və qoşula bilən hibrid nəqliyyat vasitələrinin qeydiyyatı illik müqayisədə 32 faiz azalaraq 500 min səviyyəsində qeydə alınıb. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, bu azalma əsasən hökumətin avtomobil ticarətinə verilən təşviqləri və vergi güzəştlərini dayandırması ilə əlaqələndirilir.
Oxşar vəziyyət Şimali Amerika bazarında da müşahidə olunub. Bu regionda elektrikli nəqliyyat vasitələrinin satışları 35 faiz azalaraq 90 min ədəddən aşağı düşüb. Bildirilir ki, vergi güzəştləri proqramlarının dayandırılması və emissiya standartlarının yumşaldılması ilə bağlı müzakirələr bazarda tələbatın kəskin azalmasına səbəb olub.
Mütəxəssislərin fikrincə, ABŞ bazarından asılı olan istehsalçıların dəyərsizləşmə riskləri üçün 70 milyard dollardan çox vəsait ayırmaq məcburiyyətində qalması sektorda maliyyə təzyiqinin artdığını göstərir.
Bununla belə, qlobal azalmaya baxmayaraq bəzi regionlar fərqlənməyə davam edir. Avropa bazarında emissiya hədəflərinin yumşaldılmasına baxmayaraq, fevral ayında elektrikli avtomobil satışları 21 faiz artaraq bazarın müəyyən dərəcədə dayanıqlığını qoruduğunu göstərib.
Eltac Zülfüqaroğlu
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











