Çindən Avropaya tranzit vaxtı sabit 15 günə qədər azaldıla bilər - TRACECA

TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Dünya Bankı ilə birlikdə səmərəlilik indeksinin formalaşdırılması üzərində iş aparır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə TRACECA-nın baş katibi Casurbek Çoriyev Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumunda "Sərhədsiz Avrasiya: qitələrin kəsişməsində logistika habı" sessiyası zamanı bildirib.
"Biz Dünya Bankı ilə əməkdaşlıq edirik və onunla birlikdə səmərəlilik indeksi yaradırıq. Problem ondadır ki, bütün dövlətlər məlumatları müxtəlif standartlara uyğun təqdim edirlər və onların məlumatları digər ölkələrin doğru hesab etdikləri ilə hər zaman uzlaşmır. Məsələn, bu gün Çindən Avropaya tranzit vaxtını qiymətləndirərkən bir çox fərqli analitik qiymətləndirmələrə rast gəlmək mümkündür.
Bəziləri bunun hələ də 60 gün tələb etdiyini iddia edirlər, halbuki ayrı-ayrı hallarda biz 15-18 günə bunun öhdəsindən gəlirik. Lakin optimal vəzifə, şübhəsiz ki, bu müddətin sabit 15 günlük tranzitə qədər azaldılmasıdır. Bununla belə, biz bütün bu müddətləri hesablayarkən, müxtəlif dövlətlərdən əldə olunan ilkin məlumatlar hər zaman dəqiq olmur. Məhz buna görə də məlumatların toplanması prosedurunun sadələşdirilməsi son dərəcə vacibdir ki, təhlil apararkən və nəticələri təqdim edərkən səmərəlilik indeksi unifikasiya edilmiş olsun və logistika dəhlizinin hər bir iştirakçısı üçün tamamilə anlaşılan və şəffaf bir rəqəm versin", - C. Çoriyev deyib.
Baş katib qeyd edib ki, TRACECA BMT-nin ixtisaslaşmış strukturları və bir sıra ölkələrin milli qurumları ilə qarşılıqlı əlaqədə regionda tranzit yükdaşımalarının rəqəmsal transformasiyası üzrə kompleks tədbirlər həyata keçirir.
"Özbəkistanda elektron icazələr sistemi istifadəyə verilib ki, o, artıq Türkiyə və Azərbaycanla fəaliyyət göstərir, yaxın vaxtlarda isə Qazaxıstan, Tacikistan və Qırğızıstan da ona qoşulacaq. Bu qərar kağız sənəd dövriyyəsini tamamilə aradan qaldırır. TRACECA bu qərarı digər dövlətlərə də yaymaq niyyətindədir. Sistem elektron icazələrin birbaşa sərhəd buraxılış məntəqəsinə göndərilməsini nəzərdə tutur ki, bu da nəqliyyat nazirliklərinə əlavə sənədlərin təqdim edilməsi zərurətini istisna edir", - baş katib əlavə edib.
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












