Çindən sıfır karbon hədəfinə yeni addım – 600 at gücündə mühərriki hazırlanır

Çinin mühərrik istehsalçısı “Weichai Power” ağır yük nəqliyyatı üçün hazırladığı yeni nəsil hidrogen daxiliyanma mühərrikinin sınaqlarını uğurla başa vurub.
Avtosfer.az xəbər verir ki, “WP15” adlanan 14,6 litrlik mühərrik 600 at gücü hasil edir və 46,8 faiz istilik səmərəliliyi ilə seçilir. Şirkətin məlumatına görə, bu göstərici onu ağır yük avtomobilləri üçün hazırlanmış hidrogen daxiliyanma mühərrikləri arasında ən səmərəli həllərdən birinə çevirir.
Yeni mühərrik birbaşa hidrogen püskürtmə texnologiyası ilə təchiz olunub. Bu sistem hidrogen mühərriklərində rast gəlinən vaxtından əvvəl alışma və geri alovlanma kimi problemlərin qarşısını almağa kömək edir. Eyni zamanda, yüksək təmizlik dərəcəsinə malik hidrogen yanacağına ehtiyac duymaması istismar xərclərini azaltmağa imkan verir.
“WP15” mühərrikinin hissələrinin 90 faizdən çoxu mövcud dizel platformaları ilə uyğunluq təşkil edir. Bu isə mühərrikin ciddi konstruktiv dəyişikliklərə ehtiyac olmadan yük avtomobillərinə inteqrasiya edilməsini asanlaşdırır.
Şirkət yaxın vaxtlarda mühərrikin seriya istehsalına başlamağı planlaşdırır. Yeni aqreqatın uzunməsafəli yük maşınlarında, mədən texnikasında və liman avadanlıqlarında tətbiq olunaraq ağır sənayedə karbon emissiyalarının azaldılmasına töhfə verəcəyi gözlənilir.
Eltac Zülfüqaroğlu
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO












