Çindən Türkiyəyə gəlmiş yük qatarının Ankarada təntənəli qarşılanma mərasimi keçiriləcək

Bu gün Türkiyənin paytaxtı Ankaradakı dəmiryol stansiyasında Çindən gələn 850 metr uzunluğunda yük qatarının təntənəli qarşılanma mərasimi keçiriləcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Bir kəmər - bir yol" layihəsi çərçivəsində ölkə ərazisinə daxil olan qatar Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttindən istifadə edən ilk yük qatarıdır.
Onun yükü 76 kubmetrdir və elektron komponentləri daşıyan 42 konteynerdən ibarətdir. Qatar oktyabrın 28-də Qarsdan Ankaraya doğru hərəkət edib.
Türkiyə, Gürcüstan, Çin və bir çox ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı təntənəli qarşılanma mərasimində ölkəmizi "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyyəti təmsil edəcək.
Tarixi İpək Yolunun canlandırılması üçün Çinin 2013-cü ildən reallaşdırdığı "Bir kəmər - bir yol" layihəsi Asiya Avropa və Afrika qitələrini əhatə edir. Çinin paytaxtı Pekini Böyük Britaniyanın paytaxtı Londonla Türkiyə üzərindən birləşdirməyi hədəfləyən yolun ən əhəmiyyətli hissəsini BTQ təşkil edir. Bir trilyon dollarlıq yükü, 3 milyard insanı və 65 ölkəni əhatə edəcək nəhəng dəmir və dəniz yolu nəqliyyatı şəbəkəsi sayəsində mallar Çindən Asiya, Avropa və Afrikaya daha qısa müddətdə çata biləcək.
Türkiyənin orta dəhlizdə olması layihədə əhəmiyyətli yer təşkil edir.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











