Çingiz Qənizadə: “Yeni Baş Nazir kadr kimi də çox uğurludur”

“Yeni Baş Nazir Əli müəllimi bu illər ərzində işgüzar insan kimi tanımışam. Sadə və təvazökar olmaqla yanaşı, işini bilən insandır”.
Bunu Modern.az-a Milli Məclisin deputatı Çingiz Qənizadə bu gün təyin olunan Baş Nazir haqqında danışarkən deyib.
“Onun avtobioqrafiyasına fikir vermisiz... O zamankı Xalq Təsərrüfatı İnstitutunu bitirib. AMEA-nın müxtəlif institutlarında çalışıb. Daha sonra pedaqoji fəaliyyətlə məşğul olub, Prezident Administrasiyasında işə başlayıb. Cənab prezidentin köməkçisi, Administrasiya rəhbərinin müavini vəzifələrinə qədər yüksəlib. Bütün fəaliyyəti dövründə bu yüksəlişlər ona hər bir sahədə göstərilən etimadı doğrultması ilə bağlıdır. Hesab edirəm ki, siyasi baxımdan Heydər Əliyevə və indiki hakimiyyətə bağlı insandır. Yeni Azərbaycan Partiyasının üzvüdür”,-deyə parlamentari əlavə edib.
Çingiz Qənizadənin sözlərinə görə, yeni Baş Nazir kadr kimi də çox uğurludur:
“Cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım hazırkı dövrdə insanlarla mühüm görüşlər keçirir. Mühüm görüşlər zamanı cənab prezident və Birinci vitse-prezidentin insanlarla bir araya gəlməsində güclü Baş nazirə ehtiyac vardı ki, o da bu görülən işlərə öz töhfəsini verə bilsin. Bu baxımdan Əli müəllim Baş nazir postuna ən layiqli namizədlərdən biridir. Parlamentdə onun Baş nazir təyin olunmasına “hə” cavabı verildikdən sonra bizə təşəkkür etdi. Ümid edirəm ki, təşəkkür edəndən sonra söz verdiyi kimi bu işlərin öhdəsindən layiqincə gələcək. Ona işlərində uğurlar arzulayıram”.
Milli Məclisin üzvü həmçinin qeyd edib ki, Baş nazir mütləq iqtisadiyyatı bilməlidir:
“Bu baxımdan da o, icra orqanının rəhbəri olaraq, ölkədə aparılan uğurlu iqtisadi layihələrin önündə gedən şəxs kimi, Baş Nazir kimi, prezidentin sağ əli kimi, öz töhfəsini verməlidir. İqtisadiyyatı bilmədən, iqtisadçı olmadan Baş Nazir vəzifəsində çalışmaq olduqca çətindir. Bu gün sabiq Baş Nazir Artur Rasizadənin mətbuata verdiyi müsahibəsini oxudum. Orada belə bir fikir vardı: “Baş Nazir vəzifəsində çalışmaq olduqca çətindir”.
Artur müəllim bunu çox düzgün deyib. Doğrudan da, Baş Nazir vəzifəsi çox şərəfli, məsuliyyətli və çətin vəzifədir. Hesab edirəm ki, Əli müəllimin ixtisası, həyat təcrübəsi, qabiliyyəti və peşəkarlığı imkan verəcək ki, bu sahədə yeniliyin və göstərilən etimadın doğrulmasına faydalı olsun”.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










