Cocuq Mərcanlı məktəbliləri maarifləndirildi

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Novruz Aslanov adına Cocud Mərcanlı kənd tam orta məktəbində “Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Cəbrayıl RPŞ-nin rəis müavini, polis mayoru Aqil Qəhrəmanlı insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumat verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib. Hər bir yeniyetməni, gənci narkomaniyaya yox deməyə çağırıb. Qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində narkomaniya ön sıralarda dayanır və bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də gözəl, nümunəvi cəmiyyətin formalaşmasına öz mənfi təsirini göstərir. Rəis müavini bildirib ki, bu gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər görən polis orqanları bununla bərabər həm də təhsil ocaqlarında yeniyetmə və gənclərlə maarifləndirici görüşlər keçirir
Sonra çıxış edən həkim və pedoqoqlar polis əməkdaşları tərəfindən məktəblilərlə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










