Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO

Paytaxtın Nizami rayonu, Kamil Balakişiyev küçəsində yolun asfalt örtüyünün yararsız vəziyyətdə olması sürücülərin narazılığına səbəb olub.
Bu barədə Avtosfer.az-a izləyicilərdən biri videomaterial təqdim edərək məlumat verib. Kadrlardan aydın görünür ki, yolun müxtəlif hissələrində dərin çuxurlar əmələ gəlib. Nəticədə ərazidən keçən sürücülər hərəkətdə ciddi çətinliklərlə üzləşirlər.
Şikayətçinin sözlərinə görə, yolun əksər hissəsinin bərbad vəziyyətdə olması avtomobillərə maddi ziyan vurur, eyni zamanda qəza şəraitinin yaranmasına səbəb olur. Bildirilib ki, yolun sağ hissəsi demək olar tamamilə yararsız vəziyyətdə olduğundan sürücülər məcbur qalaraq sol hissə ilə hərəkət edirlər.
Sonda vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini qeyd edib.
Nərmin
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












