“Daewoo”dan silah aşkarlanıb - FOTO

Sabunçu Rayon Polis İdarəsi 13 və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Bakıxanov qəsəbəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Asim Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11.5 qram narkotik vasitə heroin, habelə idarə etdiyi “Daewoo” markalı avtomobildən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron, həçminin 1 ədəd bıçaq və 1 ədəd taxta dəyənək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində aşkar edilən əşyaların ona məxsus olduğunu etiraf edib. Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş paytaxt sakini Vasif Abdulov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,900 qrram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq V.Abdulovun idarə etdiyi “Mitsubishi” markalı avtomobildən əlavə olaraq 31,119 qqram heroin, 29,450 qram metamfetamin, 1 ədəd “Toz-16” markal ov tüfəngi və 1 ədəd xəncər aşkar edilərək götürülüb.
Faktlarlabağlı toplanan materiallar əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdrımalar davam etdirilir.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
















