Daha 47 avtomobil Qarabağ əlillərinə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün daha 47 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib. Avtosfer.az xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar proqramından danışıb. O bildirib ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi ilə minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinət 50 faiz, eləcə də tələbələrin təqaüdləri.ciddi şəkildə artırılıb, problemli kreditlərlə bağlı narahatlıq aradan qaldırılıb.
Nazir müavini qeyd edib ki, bu tədbirlərin əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur.
Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının hər il daha da artırıldığını vurğulayan A.Kərimov cari ildə Prezidentin aylıq təqaüdünün şəhid ailələri üçün 300 manata çatdırılmasının, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasının sosial islahatlar paketinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, I qrup əlilliyi olanlara qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib.
A.Kərimov bildirib ki, indiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib. Dövlət başçısının Sərəncamı 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 377 avtomobil artıq təqdim edilib.
Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, artıq bu ilin ötən dövründə 174 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6828 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.
Tədbirdə çıxış edən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər.
Minik avtomobili ilə təmin olunan müharibə əlilləri ölkdə bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlərin davamlı olaraq güclənməsinə, həmçinin, bu gün yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










