Dahi şairin xatirəsinə həsr olunmuş turnir keçirilib - FOTO

Bu yaxınlarda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Texniki Universitetinin idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” klubunun çerlidinq üzrə açıq turniri keçirilib. Yarışda 6 komandadan 300-dən artıq idmançı mübarizə aparıb.
Uşaqlar və yeniyetmələrin mübarizə apardıqları birincilikdə idmançılar çir pom fristayl, çir caz, çir şou, çir dans növlərində qüvvələrini sınayıblar.
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təmsilçiləri üçün də bu yarış uğurlu olub. Turnirdə iştirak edən gimnastlarımız öz bacarıqlarını nümayiş etdirib, böyük ustalıqla ən çətin hərəkətləri yerinə yetiriblər.
Yekuna görə bu yarışda təmsilçilərimizdən yeniyetmələr arasında çir pom fristayl üzrə Mədinə Həsənli və Ramina Vəlixanlı bürünc medallar qazanıblar.
Uşaqlar arasında isə Zümrüd Məmmədova və Yasmin Əliyeva çir pom fristayl üzrə qızıl, çir caz üzrə isə bürünc medallar qazanıblar.
Komandamızı bu yarışa Azərbaycan Çerlidinq Federasiyasının Prezidenti, əməkdar məşqçi, idman ustası Alla Vlasova hazırlayıb.
Gimnastları qəbul edən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, qaliblər arasında polis əməkdaşlarının övladları da var. Asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayanan polis əməkdaşlarının övladlarının həm də savadlı, vətənpərvər, o cümlədən idman arenalarında uğur qazanmaları sevindirici haldır.
Z.Meftaxetdinova belə yarışların təşkilinin gənclərin sağlamlığı, çerlidinq idmanının inkişafı baxımından böyük əhəmiyyət daşıdığını deyib.
Zeyni Hüseynov
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti















