DANX bu xidmətlərini elektronlaşdıracaq - Açıqlama

“Gələcəkdə müntəzəm sərnişin daşımalarında elektron biletlərdən istifadə edilməsi nəzərdə tutulub”. Avtosfer.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarova TED.az-a açıqlamasında bildirib.
Nuridə Allahyarova qeyd edib ki, bir neçə xidmətin elektronlaşdırılacağı nəzərdə tutulub : “Avtovağzalların fəaliyyət göstərməsi məqsədilə pasportun verilməsinə müraciət, sənədlərin qəbulu və respublika ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin, yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatına “Fərqlənmə nişanı”nın verilməsi üçün müraciət və sənədlərin qəbulu yaxın gələcəkdə elektronlaşdırılacaq. Həmçinin, vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələrinə “Xüsusi fərqlənmə nişanı”nın verilməsinə müraciət və sənədlərin qəbulu, eləcə də Respublika ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirməyə avtodaşıyıcılara xarici ölkələrin “İcazə” blankının verilməsi üçün müraciət və sənədlərin qəbulu da elektron şəkildə keçiriləcək”.
Qurum sözçüsü avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına, daşıyıcıların cəlb olunmasına dair müsabiqədə iştirak üçün müraciətin və sənədlərin qəbulu xidmətlərinin də elektronlaşdırılmasının nəzərdə tutulduğunu vurğuladı: “Eyni zamanda gələcəkdə müntəzəm sərnişin daşımalarında elektron bilet, yük daşımalarında elektron əmtəə-nəqliyyat qaiməsi, qeyri müntəzəm sərnişin daşımalarında elektron formulyar sistemlərinin tətbiqi planlaşdırılır” .
N.Allahyarovanın sözlərinə görə, DANX rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidməti elektronlaşdırıb: “Sözügedən xidmət elektronlaşdırıldıqdan sonra “Elektron Hökumət” portalına inteqrasiya olunub”.
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ










