DANX bütün daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tapşırıqlar verdi

Oktyabrın 25-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən bütün daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tapşırıqlar verib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, avtobuslar qış rejiminə hazırlıq üçün qarajlarda xüsusi nəzarətdən keçəcək. Prosesə ümumi nəzarət Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əməkdaşlarının və daşıyıcı şirkət nümayəndələrinin monitorinq qrupunun iştirakı ilə təmin ediləcək. Gecə reyslərinin bərpası ilə bağlı bu il qış rejiminə keçidə ötən illə müqayisədə daha erkən start verilib.
Ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var. Monitorinqlər noyabr ayının ortalarına qədər davam edəcək. İlkin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində problemlər aşkar olunub. Bu çatışmazlıqların noyabr ayına qədər aradan qaldırılması üçün hazırda bu istiqamətdə xüsusi tədbirlər həyata keçirilir. Soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılıb. Təlimatların aparılmasında əsas məqsəd sürücülərə çətin şəraitdə və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır.
Namiq Musayev
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











