DANX: Lənkəranda qəzaya düşən avtobus qanunsuz fəaliyyət göstərirdi

Lənkəranda qəzaya düşən avtobus Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fərqlənmə nişanı almayan, qeyri-qanuni fəaliyyət göstərən daşıyıcı olub. Bunu Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, avtobus Lənkəran daxilində fəaliyyət göstərib:
“Qəzaya düşən avtobus müntəzəm sərnişin daşımırdı, sadəcə ayda bir, iki dəfə xəttə çıxırdı. Avtobus fəhlələri, ya da ona sifariş əsasında müraciət edən insanları daşıyırdı. Bizdən xəbərsiz və fəqlənmə nişanı olmadan işləyən sürücü hadisə səbəbindən dünyasını dəyişib”.
Xatırladaq ki, Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. Xəsarət alanların 10-u xəstəxanada müalicəsini davam etdirəcək, digərləri ambulator müalicəyə göndəriləcək.
Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik qiymətləndirilir. Açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Onun da vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










