DANX sürücülərin peşə hazırlığı üzrə Aİ təcrübəsi ilə tanış olacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələri Latviyanın paytaxtı Riqada təşkil olunacaq təlimdə iştirak edəcəklər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, təlim səfəri Avropa İttifaqının “Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti” çərçivəsində baş tutacaq. Təlim zamanı kommersiya məqsədli sərnişin və yük daşımalarının tənzimlənməsi sahəsində, o cümlədən sərnişin və yük daşıma fəaliyyət növünə sahibkarların buraxılması, daşıyıcılar tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət, sürücülərin iş və istirahət rejiminin təşkili və digər istiqamətlər üzrə Avropa İttifaqı və Latviya təcrübəsi barədə iştirakçılara ətraflı məlumat təqdim ediləcək.
Eyni zamanda kommersiya məqsədli sərnişin və yük daşımalarında iştirak edən avtonəqliyyat vasitələrinin texniki müayinəsi, bu növ daşımaları yerinə yetirən sürücülərin peşə hazırlığı və dövri təlimi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











