Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT

Şəhərlərdə torpaq sahələrinin məhdud və qiymətli olması ictimai nəqliyyat infrastrukturunun layihələndirilməsinə də yeni yanaşma tələb edir. Xüsusilə avtobus dayanacaqları salınarkən mövcud ərazidən maksimum səmərəli istifadə edilməsi əsas prinsiplərdən biri olmalıdır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu məsələyə diqqət çəkib. Ekspertin sözlərinə görə, dayanacaq layihələndirilərkən əsas məqsəd böyük pavilyon qurmaq deyil, məhdud məkanda həm sərnişinlərin rahatlığını, həm də piyada hərəkətinin fasiləsizliyini təmin etmək olmalıdır.

“Şəhərdə ən bahalı resurslardan biri torpaqdır. Ona görə də ictimai nəqliyyat dayanacağı layihələndirərkən əsas sual “necə böyük pavilyon quraq?” yox, “mövcud ərazidən necə maksimum səmərəli istifadə edək?” olmalıdır.
Xaricdə bəzən qəribə formalı, dar və qeyri-standart dayanacaqlar görürük. İlk baxışda estetik baxımdan qeyri-adi görünə bilər. Əslində isə həmin forma çox vaxt məkan çatışmazlığının yaratdığı ağıllı mühəndislik həllidir.
Məsələn, cəmi 1,5 metrlik səki və arxasında yaşıllıq olan ərazidə dayanacaq üçün bütün səki enini zəbt edən iri pavilyon qurmaq məcburiyyətində deyilik. Dayanacaqla səki ayrı-ayrı elementlər kimi deyil, vahid sistem kimi layihələndirilə bilər. Kompakt örtük, konsol konstruksiya, düzgün yerləşdirilmiş oturacaq və sərnişinin fasiləsiz hərəkətini qoruyan piyada zolağı bunun üçün kifayət edə bilər”, – deyə Rauf Ağamirzəyev bildirib.
Ekspert qeyd edib ki, məqsəd məhdud ərazidə həm dayanacaq infrastrukturu yaratmaq, həm səkinin öz funksiyasını qorumaq, həm də sərnişinləri günəş və yağışdan mühafizə etməkdir.
“Şəhərsalma standart ölçünü hər yerə tətbiq etmək deyil. Mövcud məkana uyğun ağıllı həll tapmaqdır. Çünki şəhərdə torpaq məhduddur, funksionallıq isə məhdud olmamalıdır”, – deyə ekspert vurğulayıb.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












