Daxili işlər orqanlarının əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib

Noyabrın 14-dən 16-dək daxili işlər orqanlarının əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində düzənlənən bu tədbirin açılış mərasimində çıxış edən Olimpiya, dünya və Avropa çempionu, İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova yarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. Şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünü müdafiə fənlərinə daha yaxşı yiyələnmələri məqsədi ilə keçirilən yarışın əhəmiyyətini nəzərə çatdırıb.
Paytaxt qarnizonu ilə yanaşı respublikanın Gəncə və Sumqayıt şəhər, rayon Polis Baş İdarə, İdarələrinin, Daxili Qoşunların Baş İdarəsinin, nizami hissə və tədris müəssisələrinin əməkdaşları öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışda 10 komandadan 80-ə yaxın əməkdaş iştirak edib. Yekun nəticələrə əsasən, ilk üçlükdə Əlahiddə Çevik Polis Alayı, Daxili Qoşunlarının Baş İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin komandaları qərarlaşıblar.
Şəxsi birinciliklərdə DQBİ-nin hərbi qulluqçularından Natiq Allayarov(70 kiloqram), Müşviq Hüseynov (100 kiloqram), ƏÇPA-nın əməkdaşlarından isə Xəyal Allayarov(75 kiloqram), Pərviz Aslanov (80 kiloqram), Elçin Vəliyev (85 kiloqram), Orxan Şükürov (+100 kiloqram) və Genazi Babayev (90 kiloqram) yarışın baş mükafatını qazanaraq çempion olublar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Munir Orucov, Mahir Əhmədov, Ehtiram Babayev və polis mayoru Aydın Həşimov iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb. O, bildirib ki, mütəmadi olaraq paytaxtımızla yanaşı bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir, bu işdə onlara praktik kömək göstərmək məqsədi ilə yerlərdə təlim toplanışları keçirilir.
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB











