Daxili orqanında psixotrop maddə keçirmək istəyən qadın saxlanııb

Cənub Ərazi Baş Gömrük İdarəsinin İran İslam Respublikası ilə sərhəddə yerləşən Biləsuvar gömrük postunun piyada keçid xəttində İrandan gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli apardığına görə gömrükçülər tərəfindən saxlanılıb və şifahi sorğu sual edilib. Üzərində və ya əşyalarının içərisində gömrük nəzarətindən gizlədilən, qadağan olunan predmetlər, o cümlədən narkotik vasitələr, psixotrop maddələr, dərman preparatları və digər əşyalar olmadığını bildirən xanım vətəndaş qanunvericiliyə əsasən şəxsi yoxlamaya cəlb olunub.
Üzərində gömrük sərhədindən keçirilməsi qadağan olunan predmet aşkar edilməyən qadına qanunvericiliyə əsasən daxili bədən boşluqlarında yoxlama aparılacağı bildirilib. Bu zaman o daxili orqanlarında gizlədilən maddələr olduğunu etiraf edib.
Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilən tibbi müayinə zamanı həmin qadının daxili orqanlarında 2 bükümdə, ümumi çəkisi 165 qram təşkil edən ağ rəngli, kristal formalı psixotrop maddə - metamfetamin aşkar edilib.
İlkin dindirmə zamanı vətəndaş həmin maddələri 2019-cu ilin dekabr ayında onunla birlikdə İran İslam Respublikasına səyahət edən Rauf Üzdənbəyovdan bu ölkənin ərazisində aldığını, daxili orqanında gömrük sərhədindən keçirərək Sumqayıt şəhərində ona təhvil verəcəyinə dair razılığa gəldiklərini bildirib.
Aparılan araşdırma nəticəsində Rauf Üzdənbəyovun şəxsiyyəti müəyyənləşdirilib və o İran İslam Respublikasından geri qayıdarkən Biləsuvar gömrük postunda saxlanılıb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











