Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA

Baku Expo Mərkəzinin yaxınlığında, yerüstü piyada keçidinin yanındakı avtobus dayanacağında asfalt örtüyü deformasiyaya uğrayıb. Ərazidə avtobusların intensiv hərəkəti və əyləcləməsi nəticəsində dayanacaq üçün yaradılan cibdə asfalt örtüyü dalğalanıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə danışarkən bildirib ki, sözügedən dayanacağın yeri illər əvvəl baş verən qəzalar səbəbindən dəyişdirilib və avtobusların hərəkəti üçün xüsusi cib təşkil olunub.

Ekspertin sözlərinə görə, hazırda ərazidən 8 marşrut xətti keçir. Avtobusların intensiv hərəkəti və dayanacaqda tez-tez əyləcləməsi asfalt örtüyünə ciddi təsir göstərərək onun deformasiyaya uğramasına səbəb olub.
Belə ərazilərdə asfalt örtüyü əvəzinə sement-beton örtüyün tətbiqi daha məqsədəuyğundur. Çünki avtobusların yaratdığı dinamik yüklərə daha davamlı olan sement-beton örtük istismar müddətinin uzanmasına, örtüyün deformasiyaya uğrama riskinin azalmasına və təkrar təmir xərclərinin aşağı düşməsinə kömək edə bilər.
Ekspertin fikrincə, ictimai nəqliyyatın intensiv istifadə etdiyi dayanacaq ciblərində yol örtüyünün seçilməsi zamanı nəqliyyat yükü nəzərə alınmalı, daha davamlı və uzunömürlü həllərə üstünlük verilməlidir.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO















