DÇ-2030-dan imtina edə bilərlər

İspaniya və Portuqaliya 2030-cu il dünya çempionatına ev sahibliyi etmək hüququndan imtina edə bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb.
Məlumata görə, İspaniya Krallığı Futbol Federasiyası və Portuqaliya Futbol Federasiyası UEFA-nın başlatdığı boykot qərarına dəstək verməyi planlaşdırır. Normal qrafikə əsasən, 2030-cu il dünya çempionatının əsas qarşılaşmaları İspaniya, Portuqaliya və Mərakeşdə, start matçları isə Argentina, Uruqvay və Paraqvayda keçirilməli idi.
Qeyd edək ki, gərginliyə səbəb FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının müəyyən payını özəl investorlara satmaq niyyətidir. İyulun 30-da UEFA FIFA-nın bu kommersiya layihəsinə etiraz olaraq qurumun turnirlərini boykot etdiyini bəyan edib. Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası (KONKAKAF) boykot qərarına qoşulmasa da, FIFA-nın sözügedən kommersiya layihəsini kəskin pisləyib.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Endi Bernem də Canni İnfantinonu istefa verməyə çağırmışdı.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












