DDLA-da dənizçilərlə görüş keçirilib - FOTO

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan uzaq səfərlər kapitanları və baş mexaniklərlə görüş olub.
Avtosfer.az xəbər verir ki, görüş zamanı dənizçiləri maraqlandıran suallara cavab verilib və bir sıra mövzular ətrafında müzakirələr aparılıb.
Ünvanlanan suallara cavab olaraq bildirilib ki, dənizçilərin sertifikatlaşdırılması prosesi “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın (DHDNÇ) tələblərinə əsasən həyata keçirilir.
Belə ki, müvafiq sahəni tənzimləyən beynəlxalq hüquqi aktların tələbləri nəzərə alınmaqla dənizçilərin sertifikatlaşdırılması ilə bağlı prosedurların sadələşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi, həmçinin milli qanunvericilikdə zəruri dəyişikliklərin edilməsi də nəzərdə tutulur.
Tədbir çərçivəsində naviqasiya təhlükəsizliyi, texniki istismar, heyətin idarə olunması, yoxlamaların nəticələri, beynəlxalq bazarda iş imkanları, xüsusilə də yüksəktonnajlı tanker və konteyner gəmilərində işləmək imkanları nəzərdən keçirilib. Dənizçilərin bununla bağlı fikirləri, eləcə də Agentlik tərəfindən tətbiq olunan yeni tələblər və tövsiyələr barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Əhmədlidə obyekt tikintisi zamanı 5 ağac betonun içində qalıb – VİDEO
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO












