DDLA-da Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan tədbir keçirildi

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub.
Avtosfer.az xəbər verir ki, agentliyin SƏTƏM işləri üzrə baş mütəxəssisi Nigar Novruzova Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün yaranma tarixi və tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, hər il ənənəvi olaraq keçirilən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün builki çağırışı "Plastik çirklənməyə qarşı mübarizə” mövzusuna həsr olunub.
Təqdimatla çıxış edən Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin baş mütəxəssisi Sənəm Cəfərova isə plastik çirklənmənin təbiətə və canlılara olan mənfi təsirlərindən, gündəlik həyatda plastikdən istifadənin azaldılması yollarından danışıb. Qeyd edib ki, plastik tullantıların azaldılması, təkrar istifadəsi və emalı ətraf mühitin tullantılardan mühafizəsinə müsbət təsir göstərir.
Tədbirdə gəmi və liman sektorunda tullantıların çeşidlənməsi, toplanması və emalı ilə bağlı beynəlxalq təcrübələr və Agentlik tərəfindən həyata keçirilən tədbirlər xüsusilə vurğulanıb.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı suallarını və praktik tövsiyələrini səsləndiriblər.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












