Dələduzluqda təqsirli bilinən sabiq polis rəisinin daha bir məhkəməsi başlayır

Sabiq polis rəisi, dələduzluqda təqsirləndirilən İmaməddin Abasovun daha bir cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, İ.Abasov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, Oğuz, Qəbələ və Daşkəsən rayonlarında polis rəisi işləmiş, son illər isə Daxili İşlər Nazirliyində polkovnik rütbəsində inspektor kimi fəaliyyət göstərmiş İmaməddin Abasov 2016-cı ildə külli-miqdarda dələduzluqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, ayrı-ayrı vətəndaşlardan müxtəlif vaxtlarda pul alaraq hansısa problemlərinin həllinə yardımçı olacağına söz versə də, bunu edə bilməyib və həmin şəxslərin pulunu geri qaytarmayıb.
Paytaxt sakini olan bir vətəndaşın Nazirliyə müraciətinə əsasən, nazirin göstərişi ilə xidməti təhqiqat aparılıb və müəyyən olunub ki, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda ziyan vurub. O, daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










