Dəmir arakəsmələr can alır, yoxsa xilas edir? – VİDEO

Yollarda hərəkətin təhlükəsizlik və hərəkət istiqamətlərini müəyyənləşdirmək üçün illərdir dəmir arakəsmələrdən istifadə edilir. Son illərin statistik göstəricilərinə görə, qəzalar zamanı bu metal listlər hadisənin ağırlıq dərəcəsinə kifayət qədər təsir edir.
Avtosfer.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Mütəxəssislər deyirlər ki, bu metal arakəsmələr toqquşma zamanı yaranan kinetik enerjinin azaldılması üçün nəzərdə tutulub. Amma yüksək sürət amili eləcə də, toqquşma anından asılı olaraq həmin arakəsmələr ciddi fəadlara səbəb olur.
Ərşad Hüseynov - Ekspert: "Onlar adətən toxunan zərbələrə hesablanır, frontal zərbələrə deyil. Toxunan zərbə olduqda kinetik enerjinin bir hissəsini udur. Deformasiya edir, lakin uçurumdan düşəndə və ya qarşı tərəfdəki ilə toqquşandan daha az zərərlə çıxır".
Bu kimi amillər nəzərə alınaraq yollara daha müassir beton plitələrin quraşdırılmasına başlanılıb.
Anar Nəcəfli - AAYDA-nın rəsmisi: "Onun xüsusi təkər qaytaran hissəsi var ki, maşının təkəri birbaşa olaraq o betonla çırpınmanın qarşısını alır və təkər dəydikdə o, əks istiqamətdə hərəkət edir".
Mütəxəsislərın fikrincə, yaxşı olar ki, dünyada müassir texnoloji yeniliklərlə hazırlanan təhlükəsizlik baryerlərinin tətbiqinə keçid edilsin.
Ərşad Hüseynov - Ekspert: "Dünyada belə bir təcrübə var ki, ayırıcı zolağın arasında beton, daş hasar qoyulanda ondan təqribən metryarım aralıda hər hansı bir bardyor və başqa nəsə olur. Bu da zərbəni bir qədər yüngülləşdirir".
Ekpertlər təklif edirlər ki, bu yeniliklərə kimi, qəzaların daha çox baş verdiyi nöqtə və məntəqələr yenidən analiz edilisin. Hərəkətin təhlükəsizliyi üçün yaranan çatışmazlıq aradan qaldırılsa, ağır qəza hallarının da sayı azalmış olar.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












