Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?

Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Layihənin Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Ələt–Astara dəmir yolu xəttinin yenidən qurulmasının həm yükdaşımalar, həm də sərnişin və turizm əlaqələri baxımından əhəmiyyətli olduğunu bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 13 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən Ələt–Osmanlı–Astara xətti üzrə enerji, rabitə və işarəvermə sistemlərinin layihələndirilməsi, yenidən qurulması və tikintisi həyata keçirilir. Layihə ümumilikdə dörd mərhələdən ibarətdir.
Hazırda Ələt–Osmanlı hissəsində dəmir yolu xəttinin üst quruluşunun sökülməsi, torpaq yatağının hazırlanması, iki avtomobil körpüsünün, suötürücü boruların və digər mühəndis qurğularının tikintisi işləri aparılır. Birinci mərhələ üzrə tikinti-quraşdırma işlərinin fiziki tərəqqisi 59,06 faiz təşkil edir və bu hissənin 2027-ci ilin iyul ayınadək təhvil verilməsi nəzərdə tutulur.
Kür çayı üzərindəki körpülərlə bağlı ikinci mərhələ üzrə tikinti-quraşdırma işləri isə artıq tamamlanıb. Osmanlı–Qasımlı və Qasımlı–Astara hissələrində işlər hazırda layihələndirmə mərhələsindədir. Layihə üzrə bütün işlərin 2028-ci ilədək yekunlaşdırılması planlaşdırılır.
Rauf Ağamirzəyev qeyd edib ki, xəttin yenidən qurulması Azərbaycanın Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində tranzit imkanlarının və dəmir yolu infrastrukturunun inkişafına mühüm töhfə verə bilər:
“Ələt–Astara dəmir yolu xəttinin modernləşdirilməsi yalnız yük və tranzit daşımaları baxımından əhəmiyyət daşımır. Bu layihə Bakı ilə Azərbaycanın cənub bölgələri arasında daha sürətli və müasir dəmir yolu əlaqəsinin formalaşmasına da imkan verəcək.
Xüsusilə Lənkəran–Astara iqtisadi rayonunun turizm potensialını nəzərə alsaq, dəmir yolu əlaqələrinin yaxşılaşdırılması bölgəyə sərnişin axınının artmasına və daxili turizmin inkişafına şərait yarada bilər. Eyni zamanda, bu infrastruktur regionların sosial-iqtisadi potensialının Bakı ilə daha səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edəcək.
Dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın nəqliyyat xəritəsində cənub istiqamətinin rolunu daha da artırmaqla yanaşı, Şimal–Cənub dəhlizi üzrə daşımaların həcminin və tranzit imkanlarının genişlənməsinə də şərait yarada bilər”.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX














