Dəmiryolçular üçün treninqlərə start verilib - FOTO

İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq və bu istiqamətdə vacib addımlar atmaq hər bir idarə, müəssisə və təşkilatın əsas vəzifələrindən biridir. Ölkənin dəmir yollarında çalışan işçilərin də sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzindədir. Son illər “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi işçi personalına xüsusi tələblər irəli sürüb.
QSC-dən Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə insan resursları potensialının gücləndirilməsi, biliklərin artırılması və səriştəlik modelinin yaradılması məqsədilə Cəmiyyətdə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsi və “Təlim Mərkəzi” yaradılıb. Yaradılmış qurumlar tərəfindən Cəmiyyətin sahələr üzrə təlimlər təşkil edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün struktur bölmələrində işləyən SƏTƏM mütəxəssisləri təlimlərə cəlb olunub.
Məqsəd sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin bilik və peşəkarlığını daha da artırmaq və “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi üzrə İSO 45001 standartı”nın tətbiqinin təmin edilməsidir.
SƏTƏM şöbəsi və Təlim mərkəzi tərəfindən 100-dən artıq SƏTƏM mütəxəssisinin treninqlərdə iştirakı nəzərdə tutulub. Təlimlər 22 iyul 2019-cu il tarixindən başlanıb və bu vaxtadək 90 nəfər qeyd olunan tədbirləri uğurla başa çatdırıb.
İki mərkəzdə təcrübəli təlimçilərin tərəfindən keçirilən treninqlərdə mütəxəssislər elektrik və yanğın təhlükəsizliyi, təhlükəli sahələrə giriş-çıxış qaydaları, ilk tibbi yardım, ağır texnika və təhlükə potensiallı obyektlərdə texniki nəzarət, iş şəraitinin yaxşılaşdırılması, yüksəklikdə görülən işlər, beynəlxalq mütərəqqi standartlardan və innovativ iş metodlarından istifadə, ekologiya və ətraf mühitin mühafizəsi və digər vacib mövzularda təlimatlandırılır. Təlimlərdə sual cavabla yanaşı iştirakçılar aktiv şəkildə prosesə cəlb olunur. İnteraktiv formatda keçirilən təlimlər dəmir yollarında çalışan işçilərin təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsində və işin səmərəlilyinin daha da artırılmasında mühüm yer tutacaq. Təlimlər sentyabr ayının sonuna qədər davam edəcək və iştirakçılara sertifikatlar təqdim olunacaq.
Namiq Musayev
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA



















