“Dəmiryolçuların əməkhaqlarının 50% artırılması reallığa uyğun deyil”

“Gürcüstan dəmir yolları” SC işçilərinin planlaşdırdıqları kütləvi tətillə bağlı xüsusi bəyanat yayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, idarə dəmiryolçuların əməkhaqlarının 50% artırılması ilə bağlı tələb və müzakirələrin reallığa uyğun olmadığını bildirib.
Bəyanatda vurğulanıb ki, 4 800 dəmir yolu işçisinin tətilə hazırlaşması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
İdarə hazırkı mərhələdə tətil üçün heç bir zəminin olmadığını bildirib. SC 2020-ci ilin martın 1-dən “Gürcüstan dəmir yolları”nda çalışan və əməkhaqqısı 1 500 laridən çox olmayan bütün əməkdaşlarının maaşlarının 10% artırılacağını xatırladıb. Bundan başqa, dəmiryolçuların hamısı ildə iki dəfə olmaqla pul mükafatı alacaqlar.
Qeyd edək ki, Gürcüstanın Dəmir Yolu Həmkarlar İttifaqı dəmiryolçuların tətilə hazırlaşması ilə bağlı məlumat yayıb. Məlumata əsasən, əsas tələb dəmir yolu işçilərinin əməkhaqlarının 50% artırılmasıdır.
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO












