Deputat qayda pozub cərimə edildi, BNA ona CAVAB VERDİ

Millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib. Milli Məclisin payız sessiyasının ilk iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir.
Millət vəkili bildirib ki, avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur: “Hətta bir ölmüş şəxsin vəsiqəsi əllərinə düşüb, götürüb ona cərimə yazıblar. Buna son qoymaq lazımdır”.
Bakı Nəqliyyat Agentliyinin millət vəkilinə cavabı gecikməyib. BNA-nın rəsmisi Mais Ağayev Avtosfer.az-a bildirib ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Millət vəkili Tahir Kərimli çox gözəl bilir ki, inzibati tənbeh vermə haqqında qərar Mərkəzi İnformasiya Sisteminin məlumatları əsasında tərtib edilir. Vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin müvafiq qaydada rəsmiləşdirməni icra etməlidir ki, belə hallar yaşanmasın.
Məsələnin BNA-nın səhvi kimi parlamentin plenar iclasında səsləndirilməsi təəccüb doğurur.
Millət vəkilinin sədri olduğu partiyanın qərargahı qarşısında nəqliyyat vasitəsini saxlaya bilməməsinə gəlincə bildirim ki, ərazidə dayanma və durmanı qadağan edən nişan varsa statusundan asılı olmayaraq hamı bu tələbə əməl etməlidir. Digər bir yandan partiya qərargahından piyada 10 dəqiqəlik məsafədə Qış parkı avtomobil dayanacağı yerləşir.
Düşünürəm ki, Tahir müəllim nəqliyyat vasitəsini dayanacaqda park edib partiya qərargahına piyada getməklə digər vətəndaşlara da çox gözəl nümunə ola bilərdi.
Cərimələrdən faiz tutulmasına da aydınlıq gətirərək bildirim ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə görə ödənilən vəsaitlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. BNA əməkdaşlarının əmək haqları cərimələrdən formalaşmır.
Orxan
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










