Deputat yollarda "Qarabağ Azərbaycandır və nida işarəsi" yazılarının asılmasını təklif edib

"Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakı, nüfuzli auditoriya qarşısında söylədiyi yüksək səviyyəli nitqi, Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi səmərəli görüşlər təkcə dövlətimizin gücünü, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafının mühüm göstəricisi kimi deyil, eyni zamanda işğal olunan torpaqların azad edilməsində dövlətimiz və Prezidentimizin prinsipial mövqeyinin və sarsılmaz iradəsinin nümayişi oldu". Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib. "Ermənistanın baş naziri Nikol Paşinyanın məlum sərsəm ifadəsinə Prezidentimizin "Qarabağ Azərbaycandır və nida işarəsi" kimi sarsıdıcı, qətiyyətli və səfərbəredici cavabı ölkəmizdə böyük ruh yüksəkliyi, düşmən ölkədə isə dərin və ağır məyusluq yaratmaqdadır. Prezidentimiz olduqca əhəmiyyətli məkanda və auditoriyada tarixi həqiqətləri və Azərbaycan xalqının iradəsini əks etdirən dörd sözlük qətiyyətli mövqeyi həm Dağlıq Qarabağ problemini alver vasitəsinə çevirməyə çalışan siyasi dəllallara tutarlı cavab, həm də işğalçı Ermənistana və onu himayə edənlərə ciddi və son xəbərdarlığı kimi dəyərləndirilməlidir. Təklif edirəm ki, "Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri yazılmış plakatlar şəhərlərimizdə, rayon mərkəzlərində, bütün kənd və qəsəbələrdə, hərbi hissələrdə, idman meydançalarında, magistral yollarda asılmalı və bu şüar altında ümumrespublika yürüşü keçirilməlidir".
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










