Deputatdan parklanma xidmətlərində sığorta məsuliyyəti ilə bağlı TƏKLİF

Parklanma xidmətlərində sığorta məsuliyyətinin qanunvericilikdə dəqiq tənzimlənməsinə ehtiyac var. Avtosfer.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, hazırda parklanma xidmətləri ödənişli olmasına baxmayaraq, parklanma zamanı avtomobilə dəyən ziyanın ödənilməsi məsuliyyəti avtomobil sahibinin üzərində qalır. Bu vəziyyətin isə vətəndaşlar üçün haqlı narazılıq yaratdığını vurğulayıb.
Vasif Qafarovun sözlərinə görə, parklanma xidmətləri göstərən qurumların məsuliyyəti, xüsusilə də sığorta məsələləri qanunvericilikdə açıq və birmənalı şəkildə müəyyən olunmalıdır. Deputat hesab edir ki, bu istiqamətdə hüquqi mexanizmlərin yaradılması həm sürücülərin hüquqlarının qorunmasına, həm də xidmət keyfiyyətinin artırılmasına töhfə verə bilər.
O, bu məsələ ilə bağlı müvafiq dəyişikliklərin və təkliflərin hazırlanmasının vacibliyini də diqqətə çatdırıb.
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












