DGK gömrükdə ölüm halı ilə bağlı məlumat yayıb

Dekabrın 17-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşı, 1962-ci il təvəllüdlü Sadiqov Elşən Bala Baba oğlunun səhhəti pisləşərək dünyasını dəyişib. Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a verilən məlumata görə, gömrük rəsmiləşdirilməsindən öncə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ərazidəki laboratoriyasının qarşısında nəqliyyat vasitəsinin içərisində Elşən Sadiqovun halı qəflətən pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin tibb işçilərinin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bəzi kütləvi informasiya vasitələri mərhumun ölüm səbəbini guya gömrük ərazisindəki sıxlıqla, rəsmiləşdirmə ilə əlaqələndirərək həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Bir daha onu qeyd edək ki, gömrük ərazisində heç bir sıxlıq olmayıb, üstəlik hadisə gömrük rəsmiləşdirilməsi prosesindən əvvəl baş verib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Namiq
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











