Dieqo və Frida "Gənclik" stansiyasında

“Bakı Metropoliteni” QSC-nin ənənəvi olaraq həyata keçirdiyi sosialyönümlü layihələrin önəmli bir hissəsi də metro stansiyalarında təşkil etdiyi maarifləndirici sərgilərdən ibarətdir.
XX əsrin görkəmli şəxsiyyətlərindən olan meksikalı rəssam Frida Kalo və Meksikada onun özü qədər tanınmış simalardan olan Dieqo Riveranın 90-dan artıq əsərlərindən ibarət sərgisi Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Unibankın təşkilati dəstəyi ilə məhz Bakı metropoliteninin “Gənclik” stansiyasının keçidlərində keçiriləcək. İncəsənət tarixinin ən çox müzakirə olunan cütlüyünün unikal sərgisinin açılış mərasimi 2019-cu il noyabrın 7-də saat 11:00-da “Gənclik” stansiyasında olacaq. Tədbir bütün dünyada populyar olan Meksika milli musiqisi Mariaçi ilə müşayiət ediləcək.
Onu da xüsusilə vurğulamaq lazımdır ki, 2002-ci ildə Dieqo Rivera və Frida Kalonun ev muzeylərində keçirilən sərgidən sonra, ilk dəfə Bakıda nümayiş etdiriləcək və altı ay davam edəcək.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












