DİN Abşerondakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 23 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şəmsi Talıbovun idarə etdiyi “Mercedes” və qarşıdan gələn N.Məmmədovanın idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub, sonuncu avtomobil Tərtər rayon sakini R.Həsənovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə Ş.Talıbov hadisə yerində, sərnişini olan Bərdə rayon sakini Vüsal Əmirov xəstəxanaya aparılarkən yolda ölüb, N.Məmmədova və 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












