DİN-dən Sumqayıt polisi ilə bağlı məqaləyə münasibət

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-ın 16 oktyabrda yayımlanan “Sumqayıtda polis psixoloji xəstə olan qadının evinə göz dikdi” başlıqlı məqaləsinə münasibət bildirilib.
Mətndə polisin şizofreniya xəstəsi olan qadının evini satmağa cəhd edərək, gəliri mənimsəməyə çalışdığı barədə yazılıb.
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov məqalədə polisin ünvanına səslənən iddiaların həqiqətdən uzaq olduğunu deyib.
“Bu il oktyabrın 24-də Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini Gülnarə Salmanova şəhər ərazisində küçədə nəzarətsiz qalmış azyaşlı qız uşağını uşaq evinə yerləşdirməyə kömək etməklərini istəyib.
Qızın adının Mədinə Trifonova olduğu məlum olub. Uşağın anası İnqa Trifonova onu nəzarətsiz qoyub. Faktla bağlı araşdırma aparılaraq, doqquz yaşlı Mədinə və İnqa Trifonovanın ifadələri alınıb”, - deyə N. Cavadov bildirib.
2017-ci ildə İ.Trifonova yol qəzası nəticəsində sərbəst hərəkət etmək qabiliyyətini itirib. Ananın özü uşağı G.Salmanovanın himayəsinə vermək arzusunu bildirib və buna görə 5 noyabr 2019-cu ildə M.Trifonova polis işçilərinin köməyi ilə “Ümid Yeri” uşaq evinə verilməsinə etiraz etməyib.
Polisin dediyinə görə, İ.Trifonova 1 nömrəli bölmənin əməkdaşları tərəfindən qeydə alınıb və ona qarşı profilaktik tədbirlər görülüb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











