DİN-in “İnstagram” səhifəsinə müraciət edən Şəmkir sakininə dəymiş ziyan ödənilib

Şəmkir rayon Zəyəm-Cırdaxan kənd sakini, 1962-ci il təvəllüdlü Sədrəddin İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) “İnstagram” sosial şəbəkəsindəki səhifəsinə müraciət edərək həmkəndlisi tərəfindən 780 manat pulunun mənimsənildiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar aparılıb. Məlum olub ki, müraciət müəllifi cari ildə həmkəndlisi Qafqaz Bayramova 780 manat ödəniş edərək mebel sifarişi verib. Lakin Q.Bayramov sifarişi yerinə yetirməyib, eyni zamanda müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. Polis əməkdaşlarının səyi nəticəsində Q.Bayramov vətəndaşa dəymiş ziyanı ödəyib. Müraciətinə operativ və qərəzsiz baxıldığı üçün S.İsmayılov DİN rəhəbərliyinı öz təşəkkürünü bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












