DİN tanınmış xanəndələrin qohumunun qəzada ölümü ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 24-də Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 24-də saat 9 radələrində Yevlax rayonunun Xanabad kəndi ərazisində Şəki rayon sakini M.Məmmədkərimovun idarə etdiyi “VAZ 2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Nəticədə M.Məmmədkərimovun sərnişinlərindən - atası Mövsüm hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır. Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











