Dörd qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb - Mingəçevirdə

Mingəçevirdə qonşularının evindən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən zərərçəkənlər fərdi yaşayış evlərindən oğurluq edilməsi barədə məlumat veriblər.
Daxil olmuş müraciətlər əsasında Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib. Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun bir neçə gün öncə daha 3 qonşusunun evindən oğurluq etdiyi məlum olub. Qeyd edək ki, saxlanılan şəxs mənzillərdən əsasən məişət əşyaları, televizorlar və təmir-tikinti alətləri oğurlayıb.
A.Həsənovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun oğurladığı əşyaları ayrı-ayrı şəxslərə satdığı məlum olub. Həmin şəxslər də müəyyən olunaraq Polis Şöbəsinə dəvət edilib. Polis tərəfindən onlarla profilaktik söhbətlər aparılaraq xəbərdarlıq ediliblər. Həmin əşyalar isə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalar aparılır. Anar Həsənovun başqa analoji cinayətlərdə əlinin olub-olmaması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Namiq
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB














