Dövlət Gömrük Komitəsinin 2 idarəsində böyük yeyinti

2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb.
“Marja”nın məlumatına görə, yoxlama Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında aparılıb.
Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb. Avtonəqliyyat Baş Gömrük İdarəsi 15.12.2017 - 31.12.2017 dövrü üzrə yoxlanıb.
Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin edilməyib. Dövlət Maliyyə Nəzarəti Xidməti sənədləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərib.
Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində də yoxlama aparıb. Yoxlama nəticəsində 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin olunub və sənədlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Xəbər verdiymiz kimi, 2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda (adları aşağıdakı cədvəldə göstərilib) aparılmış yoxlamalarla 5 milyon 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3 milyon 295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.

Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










