Dövlət Proqramının icrasının 1 illiyinə dair ictimai müzakirə keçiriləcək

Dekabrın 25-də Exelsior otelin konfrans zalında Prezident İlham Əliyev tərəfindən 27 dekabr 2018-ci il tarixdə təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyinə dair" (2019-2023) Dövlət Proqramının icrasının 1 illiyinə həsr edilmiş ictimai müzakirə keçiriləcək.
Bu barədə Yol-nəqliyyat eksperti, "avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlı məlumat verib. E.Muradlının sözlərinə görə, əsasən ekoloji təmiz nəqliyyat vasitələrinin - hibrid və elektromobillərin ölkəmizə gətirilməsi, bu istiqamətdə stimullaşdırıcı addımların atılması və güzəştlər müzakirə olunacaq. Tədbirdə DİN Baş DYP İdarəsi, Bakı şəhər DYP İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Toyota Azərbaycan şirkəti, Bakı Nəqliyyat Agentliyi, Yaşıllar Hərəkatı, İrəli İctimai Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər qurumlar, eləcə də nəqliyyat sahəsi üzrə ekspertlər, ictimai xadimlər iştirak edəcək.
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










