Dövlət qurumunda bəzi şöbələr ləğv edildi

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) kadr və struktur dəyişikliyi olub. Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Planlama, layihələndirmə və tikintiyə nəzarət şöbəsinin müdiri Xazin Hidayətov vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, agentliyin Peşə Təhsil Mərkəzinə Korporativ əlaqələr və tərbiyə işləri üzrə direktor müavini təyin edilib.
Planlama, layihələndirmə və tikintiyə nəzarət şöbəsinin müdiri vəzifəsinə isə Elnur Süleymanov təyinat alıb.
Yeni əmrlə İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin müdiri həm də baş energetik vəzifəsini daşıyacaq.
Bundan əlavə, Katiblik, protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin əsasında Ümumi işlər şöbəsi yaradılıb. Eyni zamanda, İnformasiya texnologiyaları bölməsi İnformasiya texnologiyaları və elektron idarəetmə şöbəsinə çevrilib.
İndiyədək İnvestisiya və iqtisadi təhlil şöbəsinə rəhbərlik edən Aqşin İbişsoy yeni yaradılan Layihələrin təhlili və təsdiqedici sənədlərlə iş şöbəsinin müdiri təyin olunub.
Rezidentlərə dəstək şöbəsinin adı dəyişdirilib və onun müdiri Azər Qurbanov vəzifəsindən azad edilib. Yeni yaradılan Rezidentlərə dəstək və koordinasiya şöbəsinin müdiri vəzifəsinə isə Amir Məmmədov təyin edilib. O, indiyədək Strateji layihələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












