Dronlardan istifadə ilə bağlı yeni qaydalar nələrdir? – Deputat AÇIQLADI

Çox yüngül uçuş aparatlarından istifadə qaydaları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bu sahədə nəzarətin daha da gücləndirilməsini nəzərdə tutur.
Avtosfer.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuş qaydalarını müəyyən edəcək səlahiyyətli qurum təyin olunacaq. Bununla yanaşı, bu tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi istiqamətində də müvafiq tədbirlər görüləcək.
Mövzu ilə bağlı Milli Məclisin depuatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, çox yüngül uçuş aparatlarının, xüsusilə dronların son illər müxtəlif sahələrdə geniş tətbiqi bu istiqamətdə hüquqi bazanın müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edib:

"Texnologiyanın inkişafı yeni imkanlar yaratdığı kimi, eyni zamanda hava məkanının təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı və strateji obyektlərin mühafizəsi ilə bağlı yeni risklər də formalaşdırır. Bu baxımdan, uçuş qaydalarının dəqiqləşdirilməsi zamanın tələbidir və beynəlxalq təcrübəyə uyğun yanaşma hesab olunmalıdır. Yeni qaydaların əsas məqsədi vətəndaşların və sahibkarların dronlardan istifadəsini məhdudlaşdırmaq deyil, bu fəaliyyəti vahid hüquqi çərçivəyə salmaqdır. Qaydaların tətbiqi hava məkanında nəzarətin güclənməsinə, qanunsuz və məsuliyyətsiz uçuşların qarşısının alınmasına, mülki aviasiya ilə mümkün toqquşma risklərinin minimuma endirilməsinə xidmət edəcək. Bu, həm də təhlükəsizlik orqanlarının fəaliyyətini daha səmərəli təşkil etməsinə imkan verəcək. Yeni tənzimləmələr innovativ texnologiyaların inkişafına mane olmayacaq. Əksinə, qanuni fəaliyyət göstərən istifadəçilər üçün daha aydın və şəffaf qaydalar formalaşacaq. Eyni zamanda, hava limanları, hərbi obyektlər, dövlət əhəmiyyətli infrastruktur və digər xüsusi mühafizə olunan ərazilər üzərində icazəsiz uçuşlara qarşı daha ciddi nəzarət mexanizmlərinin tətbiqi həm milli təhlükəsizlik, həm də ictimai təhlükəsizlik baxımından vacib addımdır. Dövlət texnologiyanın inkişafını dəstəkləməklə yanaşı, onun təhlükəsiz və məsuliyyətli istifadəsini də təmin etməlidir. Bu baxımdan qəbul edilən yeni qaydaları zəruri və məqsədəuyğundur”.
Fatimə
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












