Dubaydan Azərbaycana gələn Pakistan vətəndaşı saxlanıldı

Dubay-Bakı aviareysi ilə gələn Pakistan İslam Respublikası vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, sərnişin baqajını götürüb "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən "Qırmızı kanal"a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib. Yoxlama zamanı vətəndaşa məxsus əl çantalarının içərisindən 5 ədəd "Samsung S10+" markalı mobil telefon, 5 ədəd simsiz "Apple AirPods" qulaqlıqları, əynindəki şalvarın yan ciblərindən və arxa sol cibindən isə 3 ədəd "Samsung S10+" markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











