Dunay çayı üzərində körpünün inşa edilməsinə 363 milyon avro ayrılıb
Gündəm
6 Sentyabr 2019 00:53
Oxunub 1232

Layihənin 2023-cü ildə bitirilməsi gözlənilir
Avropanın regional inkişaf fondu Rumıniyanın cənub-şərqində Braila şəhərində Dunay çayının üzərində körpünün inşası üçün 363,3 milyon avro ayırıb.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, layihənin əsas məqsədi regionda həyat keyfiyyətini yaxşılaşdırmaq, Moldova və Ukrayna ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir.
Yeni körpü TransAvropa nəqliyyat şəbəkəsinin bir hissəsi olaraq, Rumıniyanın şimalı ilə Dunay deltasını və ölkənin cənubunda Konstanta limanları arasında əlaqəni yaxşılaşdıracaq. Layihənin 2023-cü ildə bitirilməsi gözlənilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













