Dünya bu hadisədən danışır: Açıq-saçıq geyindiyi üçün qadını təyyarədə... - FOTO

Amerika Hava Yollarına aid təyyarədə baş verən hadisə dünyanın diqqətini çəkib. Avtosfer.az Türkiyə mediasına istinadla xəbər verir ki, oğlu ilə bərabər səyahət edən bir sərnişini açıq-saçıq geyindiyi üçün üstünü ədyalla örtməyə məcbur ediblər. Rov adlı qadının dediklərinə görə, əvvəlcə ondan üst geyiminin olub olmadığını soruşublar, sonra ona bu geyimdə uça bilməyəcəyini, əks halda təyyarədən endirəcəklərini deyiblər. Lakin yanında başqa geyimi olmayan qadın 8 yaşlı oğlunun narahat olduğunu görüb və məsələnin uzanmaması üçün ədyal örtməyə razı olub. Uçuşdan sonra hadisə ilə bağlı "Tvitter"də yazan Rova izləyicilər tərəfindən dəstək gəlib. Onlar eyni geyimi geyinən ağdərili qadının heç kimi narahat etmədiyini, bunun irqçilik olduğunu bildiriblər. Məsələ ilə bağlı açıqlama verən Amerika Hava Yolları katibi Ş.Gilson qadından üzr istəyib və onun bütün səyahət xərclərini ödəməyə hazır olduğunu bildirib.
Namiq

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











