Dünya əhalisinin yarısı internetdən məhrumdur

Hazırda dünyada internetə çıxış imkan olan insanların sayı, təxminən, 4 milyard nəfərdir ki, bu da dünya əhalisinin 53,6%-i deməkdir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “Ölçülən rəqəmli inkişaf: faktlar və rəqəmlər - 2019” adlı məruzəsində bildirilir.
Sənədə əsasən, 1 il bundan əvvəl sözügedən nisbət 48,3% təşkil edib. Yəni il ərzində internetlə əhatə olunmuş insanların xüsusi çəkisi 5,3 faiz bəndi artıb. Bununla belə, dünya əhalisinin, demək olar ki, yarısı internetdən məhrumdur.
Hazırda zəif inkişaf etmiş ölkələrdə hər 5 insandan 1-nin internetə çıxışı var. İnternetdən istifadənin ən yüksək səviyyəsi Avropada (82,5%), ən aşağı səviyyəsi Afrikadadır (28,2%). Cari ilin sonunda ev sahiblərinin 57%-nin evdə internet imkanına sahib olacağı güman edilir.
Sənədə görə, hazırda dünya əhalisinin 96%-i mobil siqnalın çatdığı ərazilərdə, 93%-i isə ən azı 3G rabitəsinin işlədiyi ərazilərdə yaşayır. Adıçəkilən mobil rabitə növlərinin yayılması Amerika, Asiya – Sakit Okean, Avropa regionlarında 95%, ərəb ölkələrində 91%, MDB ölkələrində 88%, Afrikada 79%-dir.
Həmçinin dünyada kişilər arasında internet istifadəçilərinin payı 59%, qadınlar arasında 48%-dir. Yalnız Amerikada bu baxımdan gender bərabərliyinə nail olunduğunu söyləmək olar. Əksinə, Afrikada, Asiya – Sakit Okean və ərəb ölkələrində fərq artmaqdadır.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










