Dünya Kubokunun ən varlı futbolçuları - SİYAHI

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi, ilk dəfə 48 komandanın və 1 284 futbolçunun qatıldığı 2026-cı il Dünya Kuboku davam etdikcə, turnirdə mübarizə aparan ən varlı futbolçuların adları açıqlanıb.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, ən çox qazanan beş futbolçu bunlardır:
1. Kriştiano Ronaldo
Altı dünya çempionatında iştirak edən və onların hamısında qol vuran ilk futbolçu olan Kriştiano Ronaldo son bir ildə ümumilikdə 295 milyon dollar qazanıb. Bu yaxınlarda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nasser"lə müqaviləsini yeniləyən portuqaliyalı futbolçu klubundan ildə 230 milyon dollar qazanır. O, həmçinin "Nike", "Herbalife" və "Binance" ilə əməkdaşlıqdan ildə ümumilikdə 65 milyon dollar gəlir əldə edir.
2. Lionel Messi
Ronaldonun ən yaxın rəqibi argentinalı Lionel Messidir. Son 4 ildir ABŞ-ın MLS liqasında çıxış edən futbolçu xüsusi müqavilə sayəsində komandası "İnter Mayami"dən ildə 70 milyon dollar qazanır. Dünya Kuboku tarixində ən çox qol vuran futbolçu olan Messi sponsorluq və reklam müqavilələrindən də təxminən 70 milyon dollar gəlir əldə edir. Bundan əlavə, Messi və ailəsi İspaniya və Argentinanın aşağı liqalarında çıxış edən futbol klublarına sahibdir.
3. Kilian Mbappe
Ümumi gəliri 100 milyon dollar olan fransız futbolçu Kilian Mbappe siyahıda üçüncü yerdə qərarlaşıb.
4. Erlinq Haaland
"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalandın ümumi gəliri 80 milyon dollardır.
5. Vinisius Junior
Beşinci yerdə Braziliya millisinin üzvü Vinisius Junior qərarlaşıb. Onun ümumi qazancı 60 milyon dollar təşkil edir.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












