Dünya ŞOKDA: Tramp bu qərarı Türkiyədə imzaladı - Əməliyyat yenidən başlayır

"Axios" nəşrinin amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Türkiyədə keçirilən NATO sammitində iştirak edən ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbələr endirilməsi planını təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, qərardan öncə Tramp Ankarada Pentaqonun rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə məsləhətləşmələr aparıb.
ABŞ-ın cavab zərbələri İranın hava hücumundan müdafiə (HHM) sistemləri, sahil müşahidə postları, zenit və qanadlı raketləri, eləcə də pilotsuz uçuş aparatları (PUA) üçün buraxılış qurğuları və liman infrastrukturuna yönəldilib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın yeni seriyasının tamamlandığını və 80-dən çox hədəfin – HHM sistemləri, idarəetmə məntəqələri, sahil radar stansiyaları, gəmi əleyhinə raket kompleksləri və SEPAH-a məxsus kiçik katerlərin məhv edildiyini açıqlayıb.
"Axios"un mənbəsi bildirib ki, bu hücumlar iyunun sonunda həyata keçirilən zərbələrdən dörd-beş dəfə daha genişmiqyaslı və güclü olub. CNN-in həmsöhbəti isə bu əməliyyatı bir "cəza" adlandıraraq, prosesin tezliklə bitməyəcəyini vurğulayıb.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












