Dünyanın ən işlək beynəlxalq hava limanı həmişəlik bağlanacaq: Nə baş verir?

1960-cı ildən fəaliyyət göstərən və dünyanın ən işlək beynəlxalq hava limanı hesab edilən Dubay Beynəlxalq Hava Limanının (DXB) 2035-ci ildə tamamilə bağlanması planlaşdırılır. Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Express” yazır. Planlara əsasən, bütün aviasiya əməliyyatları tədricən hazırda genişmiqyaslı modernizasiya mərhələsində olan Al Maktum Beynəlxalq Hava Limanına (DWC) köçürüləcək. Layihənin dəyərinin təxminən 38 milyard dollar olduğu bildirilir. Tam həyata keçirildikdən sonra DWC dünyanın ən böyük aviasiya mərkəzinə çevrilməlidir. Köçürülmə DXB-nin xidmət göstərdiyi bütün reysləri, o cümlədən "Emirates” və "flydubai” aviaşirkətlərinin uçuşlarını əhatə edəcək. Modernizasiya başa çatdıqdan sonra Dubai World Central ərazisində yerləşən yeni hava limanı ildə 260 milyon sərnişinə qədər xidmət göstərə biləcək ki, bu da qlobal rekord sayılır. Bu layihə BƏƏ-nin qlobal aviasiya və logistika sahəsində liderliyini gücləndirməyə yönəlmiş strateji planın bir hissəsidir. Al Maktum Beynəlxalq Hava Limanının genişləndirilməsi çərçivəsində beş paralel uçuş-enmə zolağı və təxminən 400 təyyarə çıxışı tikilməsi nəzərdə tutulur. "Dubai Aviation Engineering Projects" (DAEP) şirkətinin məlumatına görə, yeni hava limanı "ağıllı hava limanı sistemləri və sərnişin yönümlü xidmətlərin yeni erası” olacaq və beynəlxalq səyahətləri daha rahat edəcək.
"Dubai Airports”un baş direktoru Pol Qriffits bildirib ki, eyni ərazidə iki iri hava mərkəzinin paralel fəaliyyəti iqtisadi baxımdan məqsədəuyğun deyil:
"Biz bütün xidmətləri DWC-yə köçürəcəyik. DXB-nin mövcud infrastrukturu artıq istismar müddətinin sonuna yaxınlaşır, buna görə onu açıq saxlamaq böyük investisiyalar olmadan iqtisadi cəhətdən sərfəli deyil”.
DXB-nin bağlanmasının səbəblərindən biri də onun yerləşməsidir — hava limanı şəhər infrastrukturu və magistral yollar arasında sıxışıb qaldığı üçün genişləndirilə bilmir. Gözlənilir ki, əsas köçürülmə prosesi 2032-ci ildən başlayacaq və layihənin tam tamamlanması 2057-ci ilə qədər davam edəcək. Yeni hava limanının həmçinin "Etihad Rail” yüksək sürətli dəmir yolu ilə inteqrasiya olunması planlaşdırılır. Bu, Dubay və Əbu-Dabi arasında səyahət müddətini təxminən 30 dəqiqəyə endirəcək.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












