Dünyanın ən təhlükəli yolları açıqlanıb

Britaniyada yerləşən ictimai yayımçı BBC dünyanın ən təhlükəli yollarının yenilənmiş siyahısını yayımlayıb. Siyahıda müxtəlif ölkələrdə yerləşən, sürücülər üçün yüksək risk daşıyan, kəskin döngələri, dar keçidləri və uçurum kənarları ilə seçilən marşrutlar yer alıb.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, bu yolların əsas təhlükə faktoru həm çətin relyef, həm də əlverişsiz hava şəraitidir. Xüsusilə dağlıq bölgələrdən keçən yollar qış aylarında buzlanma, qar uçqunu və zəif görmə məsafəsi səbəbindən daha da təhlükəli hala gəlir.
Siyahıya daxil edilən marşrutlar arasında Serbiyada yerləşən və yerli əhali arasında “qara magistral” kimi tanınan İbar magistral yolu da var. Bu yol paytaxt Belqradı ölkənin digər bölgələri ilə birləşdirdiyi üçün gündəlik olaraq sıx nəqliyyat axını ilə yüklənir. Yolun bəzi hissələrində dar zolaqlar və kəskin döngələr sürücülərin idarəetməsini çətinləşdirir.
Həmçinin Hindistanda yerləşən Keylong–Kişvar və Zojila aşırımı yolları da siyahıda yer alır. Bu marşrutlar yüksək dağ keçidlərindən keçməsi ilə seçilir və burada bir çox hissədə qoruyucu maneələrin olmaması diqqət çəkir. Eyni zamanda dəyişkən hava şəraiti, qəfil duman və sürüşkən yol səthi bu ərazilərdə hərəkəti daha da riskli edir.
Mütəxəssislər bildirirlər ki, bu tip yollar xüsusilə təcrübəsiz sürücülər üçün ciddi təhlükə yaradır və belə marşrutlarda hərəkət zamanı maksimum ehtiyatlılıq vacib hesab olunur.
Qeyd edək ki, siyahıya düşən yollar dünyada həm çətin coğrafi şərait, həm də yol infrastrukturunun zəifliyi ilə seçilən ən riskli nəqliyyat marşrutları arasında göstərilir (Sfera.az).
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












